İngiltərədə əlli minə yaxın biznes iflasa uğramaq ərəfəsindədir
Məlumatlara əsasən, İngiltərədə əlli minə yaxın biznes iflasa uğramaq ərəfəsindədir.
İflas üzrə mütəxəssislərdən bir qrupunun məlumatı ifşa edibdir ki, ötən ilin sonunda İngiltərədə iflasa uğramaq ərəfəsində olan bizneslərin sayı dörddə bir dəfədən çox artıb. Bu məsələ, həmin ölkədə faiz məzənnəsinin artmasından irəli gələn «borc tufanı»nın qızğın çağında baş verib.
«Begins Trinor» qrupunun ən yeni xəbərdarlığı göstərdi ki, İngiltərədə 47 min 477 şirkət ötən ilin son rübündə maliyyə böhranı vəziyyətində olub, zira daha çox şirkət istiqraz xərcləri və inflyasiya ilə çarpışır. Bu rəqəm ötən üç ayda böhranlı vəziyyəti xəbər verən 37 min 772 şirkətlə müqayisədə, 26 faiz artıma malik olub.
İkinci ardıcıl üçaylıq dövr olan bu artımda «maliyyə çətinliyi» göstəricisi 25 faiz artıb. Bu şəraitlə üzləşən bizneslərin nəzərəçarpacaq faizinin gələn il boyu iflasa daxil olacağı gözlənilir.
«Begins Trinor» qrupunun üzvlərindən olan Coli Palmerin dediyinə görə, xərclərin proqnozedilməz artımının qızğın çağında istehlakçının zəif etimadı, yüksək inflyasiya və faiz məzənnəsinin artması, İngiltərədəki bizneslər üçün bir tufan yaradıbdır.
İngiltərə mərkəzi bankı bu ölkədəki inflyasiyanı aradan qaldırmaq üçün ardıcıl şəkildə faiz dərəcəsini 2021-ci ilin sonundakı 0,1%-dən 5,25%-ə çatdırıb.
Palmer əlavə edib: İngiltərədə özünün keçmiş xoş günlərini sərfəli kreditlərə qərq etmiş yüz minlərlə biznes hazırda onun maliyyə şəraitinə əlavə olacaq yüklə razılaşacaqdır. İngiltərədə nikbinlik dərəcələrilə gələcəyə baxmalı olan on minlərlə biznes üçün yeni il həyatda qalmaq üzrə mübarizə ilə müşayiət olunacaq.