Haaqa məhkəməsi qəsbkar rejimin Qəzzədəki cinayətlərini pisləyib
Beynəlxalq Ədalət Məhkəməsi Qəzzədəki insan qırğınının davam etməsindən nigarançılıq edib. Bildirib ki, sionist rejimin bəzi hərəkətləri soyqırımı kimi araşdırılmaq üçün məhkəmə səlahiyyətinə malikdir.
Beynəlxalq Ədalət Məhkəməsi bildiribdir ki, Cənubi Afrikanın İsrail rejiminin Qəzzədəki soyqırımına qarşı şikayətinin araşdırılması üçün məhkəmə səlahiyyətinə malikdir.
Beynəlxalq Cinayət Məhkəməsinin sədri Cuan Donqo deyibdir ki, Qəzzədəki insan qırğınının davam etməsi ilə bağlı çox nigarandır.
Beynəlxalq Cinayət Məhkəməsinin sədri Cuan Donqo Cənubi Afrikanın Qəzzə zolağındakı soyqırımına görə, qəsbkar rejimə qarşı şikayətinə baxılması iclasının əvvəlində deyib: Cənubi Afrika iclasla zamanı Qəzzədə baş verənləri kütləvi qırğının qarşısının alınması müqaviləsinin pozulması adlandırıb.
O, qeyd edibdir ki, Cənubi Afrika bu barədə məlumatlar təqdim edib.
Hakim əlavə edib: Cinayət məhkəməsi soyqırımının törədilməsi barədə qərar çıxaracaq.
Hakim sonra deyib: İsrail rejiminin Qəzzəyə qarşı hücumları geniş dağıntılara və xeyli sayda insanın ölümünə bais olub. Bu hücumlarda 25 min nəfərdən çox insan ölüb, təqribən 60 min nəfər yaralanıb, xeyli sayda insan da mühacirət edibdir.
Məhkəmə Qəzzədə baş verən faciələrdən xəbərdardır və oradakı ardıcıl qırğını pisləyir- deyə, Beynəlxalq Cinayət Məhkəməsinin sədri iclasın əvvəlindəki çıxışında bildirib.
CNN telekanalı da təcili xəbərdə bildiribdir ki: Haaqa Məhkəməsi İsrail rejiminin soyqırımı işinin araşdrılmaması üzrə xahişini rədd edib.
Hakim Donqo əlavə edib: Qəzzədəki insani durum böyük təhlükə ilə üzləşir və məhkəmənin qərar çıxara bilməsindən öncə vəziyyət daha da ağırlaşa bilər.
O, vurğulayıb: İsrail rejimi dərhal öz hərbi qüvvələrini qəsdən qətl törədilməkdə daxil olmaqla qeyd olunan hər hansı cinayəti törətməməyə məcbur etməlidir.
Hakim Donqo söyləyib: İsrail rejimi humanitar yardımların Qəzzəyə daxil olması haqda təcili tədbirlər görməlidir. İsrail rejimi kütləvi qırğının qadağan edilməsi konvensiyasında qeyd olunan bütün davranışların qadağan olunması üçün lazım olan bütün tədbirləri görməlidir.
Beynəlxalq Cinayət Məhkəməsinin sədri vurğulayıb: İsrail rejimi bu rejim ordusunun qeyd olunan cinayətlərin heç birini törətməmək barədə zəmanət verməlidir.
Beynəlxalq Ədalət Məhkəməsi bildirib: İsrail rejimi dərhal əmin etməlidir ki, bu rejim ordusu yuxarıda qeyd olunan pozuntuları törətməyəcək. İsrail rejimi Qəzzə zolağında təcili humanitar ehtiyacların dərhal təmin edilməsinə zəmanət verməlidir.
On altı hakim bir səs qarşısında sionist rejimin/ soyqırımına təhrikin qarşısının alınması üzrə tədbirlərin görülməsinə məcbur edilməsinin lehinə səs verib.
Hakim Donqo əlavə edib: İsrail rejimi bir qrupu onun fiziki məhvi üçün tam və cüzi şəkildə nəzərdə tutulan həyat şəraitində qəsdən hədəfə alınması, ziyan vurulması və ya öldürülməsini dayandırmalıdır.
Beynəlxalq Ədalət Məhkəməsi vurğulayıb: İsrail rejimi öhdəlik götürməlidir ki, Qəzzə sakinlərinə qarşı qırğın, hücum və təxribatla bağlı olan hər bir şeydən çəkinməlidir.
Beynəlxalq Ədalət Məhkəməsi əlavə edib: İsrail rejimi soyqırımının qarşısının alınması konvensiyasına sadiq qalmalı və elə tədbirlər görməlidir ki, bir qrupun üzvlərinin öldürülməsi, bu qrupa qarşı fiziki ziyanın tam və cüzi şəkildə vurulması da daxil olmaqla ikinci maddə ilə bağlı hər şeyin qarşısını almış olsun.
Hakim Donqo deyib: İsrail rejimi Qəzzə zolağında fələstinlilərə qarşı soyqırımının törədilməsinə birbaşa təhrikin qarşısını almaq üçün tədbirlər görməlidir