Haaqanın İsrail rejiminə qarşı çıxardığı hökm Təhlükəsizlik Şurasına təqdim edildi
Beynəlxalq Ədalət Məhkəməsinin Qəzzədə soyqırıma son verilməsi ilə bağlı İsrailə qarşı çıxardığı qərardan sonra BMT sözçüsü açıqlamasında təşkilatın baş katibi Antonio Quterreşin məhkəmənin nizamnaməsinə uyğun olaraq dərhal Təhlükəsizlik Şurasına öz göstərişini verəcəyini bildirib.
BMT-nin sözçüsü Stiven Düjarrik jurnalistlərə açıqlamasında deyib ki, BMT-nin baş katibi Antonio Quterreş Haaqa Məhkəməsinin Nizamnaməsinə və Əsasnaməsinə görə, verilmiş qərarların icrasının vacib olduğunu xatırladıb. O, eyni zamanda bütün tərəflərin məhkəmənin qərarına əməl edəcəyinə əmin olduğunu və məhkəmənin nizamnaməsinə görə qəbul ediləcək qərarların dərhal Təhlükəsizlik Şurasına göndəriləcəyini bildirib.
Dujarrik sözünün davamında əlavə edib:
“Bundan başqa, Baş katib Qəzzədə fələstinlilərin üzləşdiyi əlverişsiz yaşam şəriti üçün vacib xidmətlərin və humanitar yardımın göstərilməsi məqsədi ilə Məhkəmənin İsrailə verdiyi göstərişi xüsusi olaraq diqqətdə saxlayıb”
Qeyd edək ki, Qətər və Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi də öz bəyanatlarında bu məhkəmənin sionist rejim əleyhinə verdiyi hökmü alqışlayıb.
Qətər Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına cavab olaraq görüləcək tədbirlərin müsbət qarşılandığını və bunu insanlığa verilmiş dəyərlərin və qanunun aliliyinin qələbəsi hesab oldunduğu bildirib.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında “Biz Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını dəstəkləyirik və işğalçı İsrail rejiminin hərəkətlərini qətiyyətlə pisləyirik” deyə vurğulanıb.
Fələstin İslam Müqavimət Hərəkatı HƏMAS Beynəlxalq Ədalət Məhkəməsinin sionist rejimin törətdiyi cinayətlərə qarşı çıxardığı hökmü müsbət qarşılayıb. Hərakat, beynəlxalq ictimaiyyətdən İsraili məhkəmənin qərarlarına tabe edilməsini və Fələstin xalqının kütləvi qırğınını dərhal dayandırmasını istəyib.
Xatırladaq ki, cümə günü Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrikanın Qəzzədə törədilən soyqırıma görə sionist rejimə qarşı verdiyi şikayəti əsasında dərahal həll edici tədbirlərin görülməsinə dair xüsusi qərarın qəbul edildiyini elan edib.
Bu hökmə əsasən, sionist rejim əhaliyə qarşı qətliamın törədilməsi kimi cinayətlərin baş verməsinə mane olmalı və bunun üçün lazımi tədbirlər görməlidir.
Bu rejim qüvvələri həmçinin soyqırım cinayətinin törətməməsinə zəmanət verməli və Qəzzədə humanitar vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görməlidir.