Yan 28, 2024 16:07 Asia/Baku
  • Sanders: ABŞ Qəzzə zolağında baş verənlərə şərikdir

Vermont ştatından olan ABŞ senatoru ölkəsinin Qəzzədə törədilən cinayətlərdə şərik olduğunu bildirib və deyib ki, Vaşinqtonun bu kabusa son verməlidir.

Berni Sanders şənbə gecəsi Guardian saytında dərc olunan məqalədə yazıb:  "Qəzzəni dağıdan bombalar və hərbi texnika Amerikada hazırlanır. Başqa sözlə, biz baş verənlərə şərikik".

O, Birləşmiş Ştatların İsrailə hər il 3,8 milyard dollar hərbi yardım etdiyinə işarə edərək, əlavə edib: "Birləşmiş Ştatlar Netanyahunun yanaşmasını dəyişməsi üçün ona qarşı öz təsir rıçaqlarından istifadə etməlidir".

Sanders ABŞ hökumətini və Konqres qanunvericilərini Vaşinqtonun İsrailə hərbi dəstəyini dayandırmağa çağırıb.

Vermont senatoru vurğulayıb: "Əgər Netanyahu Qəzzəyə hərbi nəzarət yoluna davam edərsə, o, bunu təkbaşına etməlidir və biz iştirakçı ola bilmərik".