NATO-nun baş katibi ABŞ-ın Ukrayna müharibəsinə yanaşmasını şərhy edib
Stoltenberq: Ukrayna ABŞ üçün yaxşı sövdələşmədir
Fev 02, 2024 16:31 Asia/Baku
NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Amerika Birləşmiş Ştatları üçün "yaxşı anlaşma" olduğunu bildirib.
Stoltenberq "Washington Examiner" nəşrinə müsahibəsində deyib ki, NATO Amerika Birləşmiş Ştatları, onun müdafiə sənayesi üçün böyük bir bazar yaradır.
Baş katibin sözlərinə görə, Vaşinqtonun NATO-dakı müttəfiqləri ABŞ-ın müdafiə sənayesini gücləndirməyə kömək edirlər.
Xatırladaq ki, Rusiya daha əvvəl Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, içində Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayırlar".