“Rusiyanın daha üstün silahları var”
https://azeri.sahartv.ir/news/dünya-i408058-rusiyanın_daha_üstün_silahları_var
Rusiyanın NATO silahlarından daha üstün silahları var.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2024 07:58 Asia/Baku
  • “Rusiyanın daha üstün silahları var”

Rusiyanın NATO silahlarından daha üstün silahları var.

Bu barədə Rusiya prezidenti Vladimir Putin "Hər şey Qələbə üçün" forumunun iştirakçıları ilə görüşündə bildirib.

Putin bəyan edib ki, Rusiya Federasiyasının ən yeni silahları açıq şəkildə NATO analoqlarından üstündür və ölkənin müdafiə sənayesi yaxşı iş tempi və keyfiyyət nümayiş etdirir.

Dövlət başçısı onu da dəqiqləşdirib ki, söhbət raket texnologiyalarından, zirehli texnikadan və döyüş meydanında istifadə olunan digər silahlardan gedir.

O bildirib ki, hətta sovet istehsalı silahlar da xarici silahlardan geri qalmır.