İraq müqavimət dəstələri ABŞ-ın təcavüzünə dərhal cavab verdi
Amerika bazaları hədəfə alındı
Fev 03, 2024 13:27 Asia/Baku
İraq Müqaviməti ABŞ-ın yeni təcavüzünə cavab olaraq bu ölkənin Eyn əl-Əsəd bazasını və Suriyadakı iki ayrıca qeyri-qanuni amerikan bazasını vurub.
Təsnim Beynəlxalq Xəbər Agentliyinin məlumatına görə, İraq İslami Müqaviməti şənbə günü yaydığı bəyanatda bildirib ki, Suriyada yerləşən Əl-Tənf və əl-Xədra kəndində Amerika bazalarını pilotsuz təyyarələr və raketlərlə hədəfə alıb.
Bu bəyanatda əlavə edilib ki, İraqın qərbində yerləşən işğalçı qüvvələrin qərargahı olan Eyn əl-Əsəd bazasına da raketlərlə zərbə endirilib.