Fev 04, 2024 12:52 Asia/Baku
  • Rusiya ABŞ-ın Suriya və İraqa zərbələrini pisləyib

Rusiya Federasiyası ABŞ-ın Suriya və İraqa zərbələrini pisləyib, həmçinin bu vəziyyətin BMT-də təcili nəzərdən keçirilməsini istəyib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, ABŞ-ın strateji bombardmanla bağlı hava hücumları Vaşinqtonun beynəlxalq hüquqa tamamilə məhəl qoymamasıdır.

Zaxarova deyib ki, heç kim beynəlxalq koalisiya illüziyası yaratmamalıdır və Britaniya hələ amerikalıların hərəkətlərini dəstəklədiyinə görə cavab verməlidir.