“ABŞ Yaxın Şərqə xaos və dağıntı toxumu səpir”
https://azeri.sahartv.ir/news/dünya-i408182-abŞ_yaxın_Şərqə_xaos_və_dağıntı_toxumu_səpir
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Birləşmiş Ştatları Yaxın Şərq regionunu xaosa sürükləməkdə ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 06, 2024 09:39 Asia/Baku
  • “ABŞ Yaxın Şərqə xaos və dağıntı toxumu səpir”

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Birləşmiş Ştatları Yaxın Şərq regionunu xaosa sürükləməkdə ittiham edib.

Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında deyib: “ABŞ və müttəfiqləri Livan, Qırmızı Dəniz və Yəmənə zorakılıq yayır və Yaxın Şərqdə sülhü bərpa etmək üçün beynəlxalq səylərin qarşısını alır”.

Rus səfir bildirib ki, ABŞ-ın bu hücumları güc nümayiş etdirmək və seçkiqabağı kampaniyada ABŞ hökumətinin imicini yaxşılaşdırmaq məqsədi ilə həyata keçirilib.

Həmçinin o, ABŞ-ı beynəlxalq hüququ pozmaqda və Yaxın Şərqə xaos və dağıntı toxumu səpməkdə ittiham edib.