Fev 07, 2024 12:27 Asia/Baku
  • Qərb mediası 7 fevral seçkisini lağa qoyub

Bloomberq: Əliyev hakimiyyətinin ömrünü daha 7 il uzatmağa çalışır

Qərb mediası Iliyevi təhqir edərək bildirib ki, 2003-cü ildən Prezident olan İlham Əliyev hakimiyyətinin ömrünü daha 7 illik müddətə, yəni üçüncü onilliyə uzatmağa hazırlaşır.

Bloomberq saytı yazır ki, ölkədəki müxalifət partiyaları seçkinin azad və ədalətli olmasına şübhə etdiklərindən boykot qərarı veriblər. Nəticədə İlham Əliyev onu açıq şəkildə dəstəkləyən 6 rəqiblə üz-üzə qalıb.

Vurğulanır ki, 62 yaşlı İlham Əliyev 2003-cü ildən – ölkəyə on il rəhbərlik etmiş atası Heydər Əliyevin ölümündən sonra Azərbaycana rəhbərlik edir.

Bloomberq xatırladır ki, ATƏT-in beynəlxalq müşahidəçiləri Azərbaycandakı hər Prezident seçkilərini izləyib və hamısını qüsurlu hesab edib. Avropa Şurası Parlament Assambleyası ötən ay Azərbaycanın qurumdakı nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməkdən imtina edib, bunu digər səbəblərlə yanaşı, Bakının AŞPA-nın səsverməni izləməsinə icazə verməməsini əsas gətirib. İlham Əliyev cavab olaraq Azərbaycanı Avropa Şurasından və Avropa İnsan Haqları Məhkəməsindən çıxarmaqla hədələyib.

 

Teqlər