Britaniya da Avropanın mövqeyini bölüşür
Britaniya ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda 7 fevral 2024-cü il tarixində keçirilən prezident seçkiləri haqqında ilkin rəylərini nəzərə alıb.
Bu barədə xarici işlər, Birlik və inkişaf məsələləri nazirliyinin nümayəndəsi bildirib.
"Seçkilərin məhdudiyyətlər və real siyasi alternativlərin olmaması şəraitində keçirilməsi ilə bağlı narahatlıq doğuran bəzi məsələləri bölüşürük. Ciddi pozuntular qeydə alınıb, onların bəziləri bir sıra insan hüquqlarının və əsas azadlıqlarının əksini tapdığı 1990-cı il Kopenhagen sənədinə ziddir”,- bəyanatda deyilir.
“ATƏT DTİHB seçki proseslərinin ədalətli qiymətləndirilməsinin təmin edilməsində böyük rol oynayır və Böyük Britaniya Azərbaycanı təşkilatın yekun tövsiyələri dərc edildikdən sonra onların yerinə yetirilməsi üzərində təşkilatla işləməyə çağırır”,- İngiltərəli rəsmi deyib.