Mərkəzi Asiya ölkəsi Amerika ilə məsafə saxlamağa başlayır
Qırğızıstan ABŞ-dan ölkənin işlərinə qarışmamağı tələb edib
Qırğızıstan prezidenti Sadır Japarov digər ölkələrdən, o cümlədən ABŞ-dan ölkənin daxili işlərinə qarışmamağı tələb edib.
Sadır Japarov Qırğızıstanda qəbul oluna biləcək xarici agentlər haqqında qanun layihəsi ilə bağlı narahatlığını bildirən Amerikanın Dövlət Katibi Entoni Blinkenin məktubunu cavab olaraq qeyd edib ki, digər ölkələr tərəfindən maliyyələşdirilən QHT-lərdən ibarət kiçik, lakin çox səsli qrup öz çətinlikləri və təqibləri haqqında spekulyasiya edir.
Qırğızıstan prezidentinin sözlərinə görə, həmin QHT-lər insanlar arasında yalan və etibarsız məlumatlar yayırlar.
Japarpv qeyri-hökumət və qeyri-kommersiya təşkilatları üçün ABŞ tərəfindən maliyyələşdirilən maliyyənin auditini təklif edib və deyib: “Mən həmçinin vurğulamaq istəyirəm ki, biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ-la birgə işləməyə hazırıq. Yeganə xahişim odur ki, ölkəmizin daxili işlərinə qarışmasın”.