Kreml Qarabağa qayıtmaq istəyən ermənilərə təhlükəsizlik vəd edir:
“Rusiya onların təhlükəsiz şəkildə qayıtmasına kömək etməyə hazırdır”
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Qarabağ erməniləri bölgəyə dönmək istəsələr, Moskva onların təhlükəsiz şəkildə qayıtmasına kömək etməyə hazırdır.
Qaluzin edib ki, Qarabağa qayıtmaq istəyən ermənilərin təhlükəsizliyini təmin etmək vacibdir:
“Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti bölgəni tərk edib. Bu, onların çətin, lakin könüllü seçimi idi. Bu baxımdan, geri qayıtmaq istəyənlərin hüquq və təhlükəsizliyini lazımi qaydada təmin etməklə, geri qayıtmaqlarına şərait yaratmaq vacibdir və biz bu prosesə hər cür, o cümlədən iştirakı böyük əhəmiyyət kəsb edən Rusiya sülhməramlıları vasitəsilə kömək göstərməyə hazırıq”, deyə – Qaluzin vurğulayıb.
Bu arada Rusiya və Azərbaycan arasında rus sülhməramlıları ilə bağlı danışıqların növbəti raundunun tarixi razılaşdırırlıb.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bu barədə “İzvestiya” qəzetinə müsahibəsində deyib: “Bizim sülhməramlı kontingentimizlə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılıb”.
Səfir sülhməramlıların Qarabağda qalma müddətinin 2025-ci ildə başa çatacağını xatırladaraq qeyd edib ki, Bakı bölgənin bütün ərazisinə nəzarəti bərpa etdikdən sonra sülhməramlı kontingentin rolu dəyişib və hazırda Rusiya sülhməramlıları Azərbaycan qüvvələri ilə birlikdə ərazidə patrul edir, binaları və mədəni tikililəri mühafizə edir.