Putin Rusiya xalqını daha çox övlad dünyaya gətirməyə çağırıb
https://azeri.sahartv.ir/news/dünya-i408493-putin_rusiya_xalqını_daha_çox_övlad_dünyaya_gətirməyə_çağırıb
Rusiya prezidenti bu ölkə xalqını daha çox övlad dünyaya gətirməyə çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 16, 2024 11:39 Asia/Baku
  • Putin Rusiya xalqını daha çox övlad dünyaya gətirməyə çağırıb

Rusiya prezidenti bu ölkə xalqını daha çox övlad dünyaya gətirməyə çağırıb.

Rus ailələr ölkənin etnik cəhətdən yaşaması üçün azı iki/ və əgər inkişaf etmək istəyərlərsə,/ üç və ya daha artıq övlada malik olmalıdırlar.

Putin Ural bölgəsindəki bir tank istehsalı zavodunun işçilərinə deyibdir ki, əgər Rusiya xalqı öz kimliyini qoruyarsa,/ hər ailədə iki övlad- minimumdur./

Əgər bir etnik və yaxşı qrup və ya Rusiyada yaşayan etnik qruplar kimi yaşamaq istəyiriksə, onda/ azı iki övladımız olmalıdır- deyə, Rusiya prezidenti bildirib.

O məsələni belə izah edib: Əgər hər ailədə yalnız bir övlad olmuş olarsa, əhalinin sayı azalacaq; genişlənmə və inkişaf üçün onların minimum üç övlada ehtiyacları var.

Putin özünü// pravoslav xristian imanı,/ həmçinin xalqı və ailəsinə söykənən «ənənəvi dəyərlər»in himayədarı hesab edir.

Rusiya SSRİ-nin dağılmasından sonrakı son iyirmi il ərzində əhali sayının tədirclə azalması problemi ilə üzləşir.