Tramp korrupsiyaya görə, 355 milyon dollar cərimə ödəməlidir
https://azeri.sahartv.ir/news/dünya-i408567-tramp_korrupsiyaya_görə_355_milyon_dollar_cərimə_ödəməlidir
Nyu-York ştatı məhkəməsinin hakimi/ öz şirkətinin kapitalı və aktivlərinin real dəyəri barədə qeyri-düzgün informasiya təqdimetmə və sənədləşdirmədən irəli gələn korrupsiyaya görə, Donald Trampı və onun ticarət müəssisəsini dələduzluq işində/ üç yüz əlli beş milyon dollar cərimə ödəməyə məhkum edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 18, 2024 10:23 Asia/Baku
  • Tramp korrupsiyaya görə, 355 milyon dollar cərimə ödəməlidir

Nyu-York ştatı məhkəməsinin hakimi/ öz şirkətinin kapitalı və aktivlərinin real dəyəri barədə qeyri-düzgün informasiya təqdimetmə və sənədləşdirmədən irəli gələn korrupsiyaya görə, Donald Trampı və onun ticarət müəssisəsini dələduzluq işində/ üç yüz əlli beş milyon dollar cərimə ödəməyə məhkum edib.

Hakim Artur Enquron həmçinin keçmiş prezident Trampı Nyu-York ştatında hər cür bank krediti almaq, dövlət şirkətlərində idarəçilik vəzifələrinə yiyələnmək və Nyu-Yorkda istənilən biznes fəaliyyəti göstərməkdən/ üç il müddətinə məhrum edib.

Hakim Enquron/ Trampın oğlanları- Donald, Cuniyor və Eriki də biznes keçmişlərini saxtalaşdırmaq, qeyri-düzgün maliyyə hesabları vermək də daxil olmaqla/ Nyu-Yorkda dələduzluq etmək üstündə səkkiz milyon dollar məbləğində cərimə edib.

Trampın vəkili bu hökmü dırnaqarası «aşkar ədalətsizlik» adlandırıb və deyib ki, appellyasiya şikayəti verməyi planlaşdırır.

İkin prezident seçkilərində Respublikaçılar Partiyasından Co Baydenin əsas rəqiblərindən sayılan/ keçmiş prezident Donald Trampın əleyhinə xeyli sayda məhkəmə işi açılıb və Amerika prezident seçkilərinin keçiriləcəyi noyabr ayınadək onlara baxılması nəzərdə tutulub.