Fev 20, 2024 18:05 Asia/Baku
  • Qrossi İranın dinc nüvə proqramı barədəki siyasi iddiaları təkrar edib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru İranın dinc nüvə proqramı barədəki siyasi iddiaları təkrar edib. Bildirib ki, zəmanət problemlərinə son qoymaq üçün mart ayında İrana səfər etmək istəyir.

Röyters informasiya agentliyinə müsahibə verən Rafael Qrossi iddia edibdir ki, İran dincməqsədli istifadəyə lazım olan miqdardan daha çox uran zənginləşdirməyi davam etdirir.

O, deyib ki, agentliklə İran arasındakı məsafəyə son qoymaq üçün Tehrana səfər etmək istəyir.

İranda zənginləşdirmə sürəti ötən ilin sonuna nisbətən bir qədər azalıb, amma hər ay yeddi kilomqram altmış faiz saflaşdırılmış uran istehsal edilir- deyə, MAQATE-nin baş direktoru iddia edib.

Qeyd edək ki, agentliyin baş direktoru keçən ayın əvvəllərində yaydığı təhrikedici məlumatda bildirmişdi ki, İranda zənginləşdirilmiş uran istehsalı prosesi artıbdır.

Elə o zaman İran Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami qeyd etdi ki, İranın nüvə fəaliyyətləri zəmanət qaydaları və razılaşmaları çərçivəsində həyata keçir.

Qrossi beş ilə yaxındır ki, əsassız və qeyri-faktiki iddialar və informasiyalar vasitəsilə İranın nüvə proqramına qarşı iddialar irəli sürür. Bu iddialar İranın nüvə işini təhlükəsizlik sferasına salmaq məqsədilə agentlik rəsmilərinin və mediaların ixtiyarına qoyulan sionist rejimin qondarma sənədlərində köklərə malikdir.