Fev 21, 2024 13:49 Asia/Baku
  • Birləşmiş Ştatlar yenə təklif edilən qətnaməyə veto qoydu

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Qəzzədə getdikcə pisləşən humanitar şəraiti nəzərə alaraq dərhal atəşkəsin bərqərarını tələb edən Əlcəzairin təklif etdiyi qətnaməyə veto qoyub.

13 müsbət səs almış Əlcəzairin irəli sürdüyü qətnamə layihəsi ABŞ-ın BMT-dəki daimi nümayəndəsi tərəfindən veto edilərək qəbuluna maneə yaradılıb.

Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzia atəşkəs qətnaməsinin qarşısının alınmasına görə ABŞ-ı məsuliyyət daşıdığını bildirib. O bildirib ki, Vaşinqton İsrail rejiminin hərbi əməliyyatlar aparması üçün daha çox vaxt qazanmaq və bu rejim başçılarını məsuliyyətdən uzaqlaşdırmaq hədəfini güdür.

Əlcəzairin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Əmmar bin Came isə vurğulayıb ki, Təhlükəsizlik Şurası oz sülhməramlı vəzifəsini yerinə yetirərkən təkcə atəşkəs tələbi ilə kifayətlənməməlidir.

O, daha sonra ölkəsinin təqdim etdiyi qətnamə layihəsinə istinad edərək açıqlamasında qeyd edib ki, Təhlükəsizlik Şurasına təqdim edilən qətnamədə humanitar atəşkəs və Qəzzənin bütün bölgəərinə yardımın maneəsiz şəkildə daxil olması istənilib.

 

Bin Came həmçinin bildirib ki, bu layihədə Qəzzə xalqının məcburi köçünə mane yaradılması və Qəzzə üzrə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etmək tələbi irəli sürülüb.

 

“Haaqa Beynəlxalq Məhkəmənin qərarından bir ay keçməsinə baxmayaraq, həqiqətdə heç bir dəyişikliyin baş vermədiyi bir vaxtda artıq Təhlükəsizlik Şurası öz üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir”-deyə Bin Came diqqətə çatdırıb.

Qeyd edək ki, Əlcəzair nümayəndəsi qətnamə layihəsini təqdim edərkən bildriimişdi ki, bu qətnamənin lehinə səs vermək fələstinlilərin yaşamaq hüququnu dəstəkləmək, buna qarşı çıxmaq isə Qəzzə xalqını aclığa sürükləmək deməkdir.

ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas Qrinfild Əlcəzairin layihəsinə cavab olaraq demişdi ki, Qəzzədə atəşkəslə bağlı qətnamə layihəsi səsə qoyulsa, bizim tərəfimizdən təsdiqlənməyəcək.

Əlcəzairin irəli sürdüyü layihənin ən diqqət çəkən müddəalarından biri Təhlükəsizlik Şurasının bütün tərəflərinin öz öhdəliyinə riayət edərək humanitar əsaslarla dərhal atəşkəsə çağırmasıdır.

Bu arada ABŞ-ın dörd səhifəlik qətnamə layihəsində qərəzli şəkildə HƏMAS hərəkatı qabardılaraq müxtəlif bəndlərdə altı dəfə buna toxunlub.

Bu mənfur planda atəşkəslə bağlı ədəbiyyat da ümumi xarakter daşıyır və sionist rejimin gözdə görünməməsinə zəmin yaratmış olur.

Amerikanın sürdüyü bu plan layihəsində HƏMAS hərəkatı müxtəlif ittihamlarla dəfələrlə pislənir və işğalçı rejimin fantastik ittihamlarını təkrarlaayaraq haqq qazandırılmağa çalışılır.

 

Teqlər