Fransa Ermənistana silah tədarükünə başlayıb
https://azeri.sahartv.ir/news/dünya-i408699-fransa_ermənistana_silah_tədarükünə_başlayıb
Fransa Ermənistana müdafiə silahlarının bir partiyasını təhvil verib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Fev 22, 2024 12:32 Asia/Baku
  • Fransa Ermənistana silah tədarükünə başlayıb

Fransa Ermənistana müdafiə silahlarının bir partiyasını təhvil verib.

Le Figaro xəbər verir ki, təchizatlara 250 kilometr məsafəyə malik üç radar, həmçinin gecəgörmə cihazları və digər avadanlıqlar daxildir.

Bundan əlavə müdafiə sahəsində əməkdaşlıq çərçivəsində bu il Fransa hərbçiləri Ermənistan qoşunları üçün dağ döyüş hazırlığı kursları keçirəcək.

Digər bir məlumata görə isə, Fransanın müdafiə naziri Sebastyan Lekornunun yaxın günlərdə Ermənistana gələcəyi gözlənilir.

Bu barədə Fransanın RTL radiosu məlumat yayıb.

Qeyd olunub ki, o, Ermənistana səfər edən ilk Fransa müdafiə naziri olacaq.

Nazir radioya müsahibəsində qeyd edib ki, ölkəsi Ermənistana kömək etmək, xüsusən də onun müdafiə potensialını artırmaq üçün məsuliyyət daşıyır.