Lənətlənmiş rejim Latın Amerikası ölkələrinin qınaq obyekti olub
Kuba İsrailin “Fələstin xalqını məhv etmək” siyasətini pisləyib
Kuba cinayətkar İsrail rejiminin “Fələstin xalqını məhv etmək” siyasətini pisləyib.
Kubanın Xarici İşlər naziri Bruno Rodriges X sosial şəbəkəsindəki yazdığı mesajda Qəzzədə yaşanan böhranlı səhiyyə vəziyyətinə görə, sionist rejimin bu bölgəyə təcavüzünü pisləyib, bu prosesi Fələstin xalqının “məhv edilməsi siyasəti” kimi səciyyələndirib.
Kubalı nazirin mesajında deyilir: “Qəzzədə hazırda 10.000 müalicə olunmamış xərçəng xəstəsi, digər ölkələrdə tibbi xidmətə ehtiyacı olan 11.000 yaralı, çirklənmə və əsas xidmətlərin olmaması səbəbindən 700.000 xəstə var”.
Kuba prezidenti Migel Dias-Kanel də bu yaxınlarda BMT Təhlükəsizlik Şurasının Qəzzə ilə bağlı qətnaməsinə ABŞ-ın təkrar veto qoymasına münasibət bildirərək vurğulayıb ki, Vaşinqton Fələstin xalqının soyqırımında sionist rejimin ortağıdır.
Bu arada Braziliya prezidentinin İsrail rejiminin Qəzzə zolağına qarşı soyqırımını nasistlərin hərəkətləri ilə müqayisə etməsinin ardınca Latın Amerikası liderləri onun bu sözlərinə dəstək verib.
Bu haqlı reaksiyalara cavab olaraq, lənətlənmiş rejimin müharibə naziri Kolumbiya və Boliviya prezidentlərinin dəstəkləyici açıqlamalarını “təxribat” adlandırıb.
Yoav Qallant Boliviya və Kolumbiya prezidentləri Qustavo Petro və Luis Arsenin braziliyalı həmkarı Lula da Silvaya dəstək ifadələrini “zəhlətökən və təxribatçı” hərəkət adlandıraraq rəsmi bəyanatında deyib: “Boliviya və Kolumbiya prezidentləri Braziliya prezidentinə qoşuldular, onların sözləri zəhlətökən və təxribatçıdır.”
Qeyd edək ki, sionist İsrail rejiminin Qəzzədə məzlum əhalini soyqırımına məruz qoyması bu rejimi bütün dünya xalqları və haqsevər dövlətlərinin qınaq obyektinə çevirib. Maraqlıdır ki, Latın Amerikası ölkələri bu xüsusda öndə gedirlər.