İsrailə müqavimət qanunidir!
https://azeri.sahartv.ir/news/dünya-i408707-İsrailə_müqavimət_qanunidir!
Çin hökuməti ilk dəfə olaraq Yaxın Şərq məsələlərinə münasibətdə sərt mövqe nümayiş etdirərək Fələstin xalqının işğalçı rejimə qarşı silahlı müqavimətinin qanuni olduğunu vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 23, 2024 10:19 Asia/Baku
  • İsrailə müqavimət qanunidir!

Çin hökuməti ilk dəfə olaraq Yaxın Şərq məsələlərinə münasibətdə sərt mövqe nümayiş etdirərək Fələstin xalqının işğalçı rejimə qarşı silahlı müqavimətinin qanuni olduğunu vurğulayıb.

Beynəlxalq Ədalət Məhkəməsinin Haaqada keçirilən iclasında Çin Xarici İşlər Nazirliyinin hüquq müşaviri Ma Sin-Min deyib ki, fələstinlilərin mübarizəsi işğala, müstəmləkəçiliyə və imperializmə qarşı yönəldiyi üçün terror sayılmır.