İngilis aksiyaçılar sionist rejim səfirinin qovulmasını istəyiblər
Londonda sionist rejim səfirinin iqamətgahı qarşısında aksiya keçiriən ingilislər Qəzzədə fələstinlilərə qarşı soyqırımına dəstək verdiyinə görə, onun İngiltərədən qovulmasını tələb ediblər.
Əllərində Fələstin bayraqları tutan aksiyaçılar Fələstinin tam şəkildə azad edilməsinə dair şüarlar veriblər.
Aksiya sionizmə qarşı beynəlxalq yəhudi təşkilatının istəyi ilə keçirilib. Bu təşkilat bundan qabaq İsrail rejiminin Londondakı səfirinin həbs edilməsi və onun Beynəlxalq Ədalət Məhkəməsinə təhvil verilməsi barədə İngiltərə polisinə şikayət ərizəsi vermişdi.
Sionizmə qarşı beynəlxalq yəhudi təşkilatının üzvü Sam Vensinten deyib: Biz İsrail rejiminin Londondakı səfirinin həbs edilməsinə dair şikayətimiz barədə izahat verməsi üçün İngiltərə polisinə mesaj göndərdik, amma heç bir cavab almadıq. Lakin öz kampaniyamızı davam etdirəcəyik və dünyadan/ bu mövqedən xəbərdar olmasını istəyirik.
Bir İngiltərə vətəndaşı da deyib: Biz qəti şəkildə İsrail səfirinin İngiltərədən qovulmasını istəyirik. Biz həmçinin İsrailin FİFA-dan və Avroviziya müsabiqəsindən çıxarılması və Londonun Təl-Əvivə dəstək verməsinin dayandırılmasını tələb edirik