Fev 26, 2024 12:04 Asia/Baku
  • Sallivan: Sanksiyalar Rusiya iqtisadiyyatına təsir etmir

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan etiraf edib ki, Rusiya iqtisadiyyatı antirusiya sanksiyalarına baxmayaraq, stabil olaraq qalır.

C.Sallivan deyib: “Rusiya iqtisadiyyatı hərbi nöqteyi-nəzərdən stabil olub və biz onunla mübarizəni davam etdirməliyik. Biz amansız olmalıyıq”.

O qeyd edib ki, ABŞ Ukraynada “strateji nəticə” əldə etmək üçün Rusiyaya qarşı sanksiya siyasətini davam etdirəcək.

Xatırladaq ki, cümə günü ABŞ hakimiyyəti Rusiya vətəndaşlarına və təşkilatlarına qarşı ən böyük sanksiyalar paketini qəbul edib.

Sonuncu paket Rusiyanın maliyyə sektoruna, müdafiə sənayesinə sanksiyalardan yayınmaqda kömək edən yüzlərlə şəxsə yönəlmiş ikinci dərəcəli sanksiyaları ehtiva edir.

ABŞ həmçinin Rusiyaya məhsul tədarükünün qarşısını alan 100-ə yaxın yeni ixrac məhdudiyyəti tətbiq edib, ixracçılara nəticələr barədə xəbərdarlıq edib.