Fev 27, 2024 19:26 Asia/Baku
  • Fələstin tərəfdarları Baydenin Qəzzə zolağındakı militarist siyasətinə etiraz ediblər

Fələstin tərəfdarları ABŞ prezidentinin Qəzzə zolağındakı militarist siyasəti və İsrail rejiminin törətdiyi soyqırımını himayə etməsinə etiraz olaraq, Nyu-Yorkda aksiya keçiriblər.

Fələstin tərəfdarlarından yüzlərlə nəfər ABŞ prezidentinin Qəzzə zolağındakı militarist siyasətinə etiraz olaraq, Co Bayden Nyu-Yorkda NBC informasiya kanalının binasında olarkən binanın foyesində piket keçirib.

Aksiyaçıların əllərində/ üzərlərində «Atəşkəs- elə indi!» və «Yəhudilər Baydenə: Soyqırımını silahlandırmağı dayandır!» şüarları yazılmış plakatlar olub.

Fələstin tərəfdarları bu aksiyada bildiriblər ki: Baydenin ölümcül xarici siyasəti soyqırımçı İsrail rejiminə silah satışını sürətləndirib və beynəlxalq məhkəmənin bu işğalçı rejimin soyqırımı törətməsinə dair hökmünə göz yumubdur.

ABŞ prezidentinin imtina etməsinə rəğmən, Qəzzə zolağında tam atəşkəsə dəstək verməsi üçün Amerika hökumətinə göstərilən təzyiqlər artıbdır.

Fələstin səhiyyə nazirliyinin bildirdiyinə görə, sionist rejimin Qəzzə zolağına qarşı hücumunun başlandığı zamandan bəri əksər hissəsini qadın və uşaqların təşkil etdikləri otuz minə yaxın fələstinli şəhid olub, təqribən yetmiş min fələstinli də yaralanıbdır.

BMT bildiribdir ki, Qəzzə zolağı əhalisindən təqribən iki milyon üç yüz min nəfər didərgin düşüb və onların qidaya ehtiyacları vardır.

Məzlum Fələstin xalqının hüquqları yetmiş ildən çoxdur ki, işğalçı və soyqırımçı sionist rejim və onun cinayətləri tərəfindən pozulur.

 

Teqlər