Makronun sözləri ciddiyə alınmadı
https://azeri.sahartv.ir/news/dünya-i408846-makronun_sözləri_ciddiyə_alınmadı
Stoltenberq: NATO Ukraynaya qoşun yeritməyi planlaşdırmır
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2024 08:50 Asia/Baku
  • Makronun sözləri ciddiyə alınmadı

Stoltenberq: NATO Ukraynaya qoşun yeritməyi planlaşdırmır

NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans Ukraynaya qoşun yeritməyi planlaşdırmır. Almaniya kansleri Şolts isə Ukraynaya hərbçi göndərilməyəcəyinə zəmanət verib.

Fransa prezidenti Emmanuel Makronun açıqlamalarından sonra Associated Press agentliyinə danışan Stoltenberq deyib: “NATO müttəfiqləri Ukraynaya görünməmiş yardım təklif edir. Biz bunu 2014-cü ildən bəri edirik və daha sonra gücləndirdik. Amma NATO əsgərlərini Ukraynaya yerləşdirmək planımız yoxdur”.

Almaniya kansleri Olaf Şolts da bildirib ki, NATO və Avropa İttifaqı ölkələri ordularını Ukraynaya göndərməmək barədə razılığa gəliblər.