Kuba prezidenti: “Qəzzə xalqının qətliamı dövrün yeni Holokostudur”
Kuba prezidenti Migel Diaz-Kanel sionist rejiminin Qəzzənin müdafiəsiz əhalisinin kütləvi qətliamını dövrün yeni dəhşətli Holokostu olduğunu bildirib .
Prezident Diaz-Kanel öz “X” sosial şəbəkəsində yayımladığı videoda Kuba xalqının bu dəhşətli cinayətə biganə qalmayacağını və şənbə günü Fələstin Xalqına Beynəlxalq Dəstək Günündə iştirak edəcəyini bildirib.
Kuba prezidenti sionist rejimin fələstinlilərə qarşı törətdiyi cinayətləri xatırladaraq vurğulayıb ki, bu qətliamda hədsiz vəhşilik, hədsiz sui-istifadə və kifayət qədər cəzasızlıq hakimdir.
O, Qəzzəni İsrailin cinayətkar bombardmanları altında günahsız vətəndaşların qətlə yetirildiyi düşərgəyə və dünyanın ən böyük açıq hava həbsxanasına çevrildiyini bildirərək, bəşəriyyətin 5 aydır dəhşət saçan yeni Holokosta şahid olduğunu deyib.
Diaz-Kanel əlavə edib: “Silahları kənara çəkin, qoyun insanlar danışsın. Günahsız sivil insanları öldürməyə son verin. Qəzzədə və İordan vadisində insan haqlarının kobud şəkildə tapdalanmasına heç nə haqq qazandıra bilməz.
Kuba prezidenti ABŞ-ın Qəzzədə atəşkəs qətnamələrinə vetosuna da toxunaraq bildirib ki, bu neokolonist ikiüzlülükdür və Vaşinqton qeyri-demokratik yanaşması ilə Qəzzəyə qarşı davam edən barbarlıqda şərikdir.