Rusiya NATO-nun təlimlərini təxribat adlandırıb
Mart 04, 2024 15:13 Asia/Baku
Rusiya NATO-nun bu gün başlayan "Skandinaviyalıların cavabı 24" (“Nordic Response 24”) təlimlərini izləyir. Bu təlimlər nümayişkaranə şəkildə təxribat xarakterlidir.
Bu barədə Rusiya XİN-i məlumat yayıb. Məlumatda sonra belə deyilir:
“NATO təlimləri insident riski yaradır. Rusiya müdafiə qabiliyyətini təmin etmək üçün bütün lazımi tədbirləri görür”.