Fransada Natəvanın heykəlinə xəsarət yetirilib
Mart 06, 2024 17:46 Asia/Baku
Fransanın Evian şəhərində bir parkda yerləşdirilən məşhur şairə Xürşifbanu Natəvanın heykəlinə qarşı davamlı təxribatlar nəticəsində heykəl Azərbaycan səfirliyinin mədəniyyət mərkəzinə gətirilib.
Bakı mediasının məlumatına görə, Martın 4-də Evian şəhərindən götürülən heykəl bu gün Mədəniyyət Mərkəzinə çatdırılıb.
Məlumatda deyilir ki, heykəl götürülərkən üzərindəki örtük açılıb və müəyyən olunub ki, üzərinə qırmızı boya atılmaqla yanaşı (heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrinə qırmızı boya çəkilib), onun özünə də zərər verilib (heykəlin burnu və barmaqları qırılıb).