Mart 08, 2024 19:44 Asia/Baku
  • Namizədlərdən heç birinin prezident olmağa səlahiyyəti çatmır

Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri deyib: Amerika seçkilərinin nəticəsi bundan asılıdır ki, seçicilərin daha çox kimdən zəhlələri gedəcək. Seçicilərin daha az zəhlələri gedəcək namizəd seçkilərin qalibi olacaq.

Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton “Tayms” radiosu ilə müsahibədə iki min iyirmi dördüncü il Amerika prezident seçkiləri barədə deyibdir ki, namizədlərdən heç birinin prezident olmağa səlahiyyəti çatmır.

O, deyib: İki min on altı və iki min iyirminci illərin seçkilərində olduğu kimi, bu il də xalqın böyük bir hissəsi namizədlərdən heç birini bəyənmir.

İki min on altıncı il seçkilərində namizədlərdən heç birini bəyənməyən seçicilərin əksər hissəsinin Hillari Klintondan daha çox zəhləsi gedirdi. Elə buna görə də Tramp səs qazandı. İki min iyirminci il seçkilərində də onların böyük bir hissəsinin Trampdan daha çox zəhləsi gedirdi. Elə bu səbəbdən, Bayden səs qazandı.

Builki seçkilərin nəticəsi də seçicilərin daha çox kimdən zəhlələrinin gedəcəyindən asılı olacaq. Seçicilərin daha az zəhlələri gedəcək namizəd seçkilərin qalibi olacaq

 

Teqlər