Mart 10, 2024 19:07 Asia/Baku
  • Avropa ölkələrində Fələstinə dəstək nümayişləri davam edir

Avropanın bir sıra ölkələrində növbəti dəfə Fələstinə dəstək nümayişləri başlayıb.

Fələstinlə həmrəyliyin davamı olaraq, İtaliya və Almaniyadan minlərlə insan sionist rejimin Qəzzədə fələstinlilərə qarşı cinayətlərini və Amerikanın işğalçı sionist rejimə göstərdiyi himayəni pisləmək məqsədilə kütləvi aksiyalara başlayıblar.

Romada və İtaliyanın digər mühüm şəhərlərində də vətəndaş təşkilatları və qeyri-hökumət qurumlarının dəvəti ilə sionist rejim əleyhinə nümayişlər keçirilib.

Eyni zamanda, Almaniyanın paytaxtı Berlində Fələstinin yüzlərlə tərəfdarı şəhər mərkəzinə axışaraq sionist rejim əleyhinə nümayiş keçirmişlər. Aksiyaçılar bu kütləvi mitinqlərdə fələstinlilərlə həmrəy olduqlarını və Qəzzədə soyqırım törədən sionist rejimin cinayətlərini pislədiklərini müxtəlif şüarlar verməklə bəyan ediblər..

Qeyd edək ki, Fransa, İngiltərə və Bosniya və Herseqovinadan olan minlərlə insan da nümayişlər keçirərək sionist işğalçı rejimin cinayətlərinə nifrət dolu şüarlar səsləndirmişlər.

 

 

Teqlər