Roma papası: "Ukrayna təslim olmağa cəsarət tapmalıdır"
https://azeri.sahartv.ir/news/dünya-i409202-roma_papası_ukrayna_təslim_olmağa_cəsarət_tapmalıdır
Dünya katoliklərinin başçısı bildirib ki, Ukrayna “ağ bayraq” göstərmək üçün cəsarət göstərməli və müharibəni dayandırmaq üçün Rusiya ilə danışıqlar aparmalıdır.
(last modified 2024-03-10T11:49:51+00:00 )
Mart 10, 2024 15:49 Asia/Baku
  • Roma papası:

Dünya katoliklərinin başçısı bildirib ki, Ukrayna “ağ bayraq” göstərmək üçün cəsarət göstərməli və müharibəni dayandırmaq üçün Rusiya ilə danışıqlar aparmalıdır.

 Dünya katoliklərinin lideri Roma Papası Fransisk ötən gün İsveçrənin "RSI" telekanalına müsahibəsində Ukraynanın böhrandan çıxmasının vacibliyini vurğulayaraq deyib ki, ən güclü insan şəraitə baxıb xalqı düşünən, ağ bayraq qaldırıb danışıqlar aparmağa cəsarəti çatan insandır.

Papa Fransisk daha sonra əlavə edib: “Müzakirə sözü cəsarətli sözdür. Məğlub olduğunuzu və işlərin yaxşı getmədiyini görəndə, danışıqlar aparmaq üçün cəsarətiniz olmalıdır”.

Dünya katoliklərinin lideri vasitəçilik məsələsinə də aydınlıq gətirərək "Rusiya və Ukrayna arasında sülh danışıqlarının beynəlxalq güclərin köməyi ilə həyata keçirilməlidir"-deyib