Mart 13, 2024 15:50 Asia/Baku
  • Rusiya lideri Qərbə əzələ nümayiş etdirir

Putin: Rusiya nüvə müharibəsinə hazırdır

Rusiya lideri bəyan edib ki, hərbi-texniki baxımdan onun ölkəsi nüvə müharibəsinə hazırdır.

Vladimir Putin jurnalist Dmitri Kiselyova müsahibəsində deyib: “Rusiya daim döyüşə hazır vəziyyətdədir və Vaşinqtonda başa düşürlər ki, Moskva ABŞ qoşunlarının Rusiya ərazisinə yeridilməsini müdaxilə kimi qiymətləndirəcək.

Putin sonra qeyd edib ki, Bayden ənənəvi siyasət məktəbinin nümayəndəsidir. Bu da təsdiqini tapır. Baydendən başqa da Rusiya-ABŞ münasibətləri sahəsində kifayət qədər mütəxəssis var.

Onun sözlərinə görə, Ukraynada xarici qoşunların olması və Kiyevə silah verilməsi döyüş meydanında heç nəyi dəyişməyəcək.

Rusiya prezidenti eyni zamanda söyləyib ki, Polşa qoşunları Ukrayna ərazisinə daxil olsalar, bir daha oradan çıxmayacaqlar.

Qeyd edək ki, fevralın 26-da Fransa prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsini mümkün hesab edib. ABŞ, Britaniya, Polşa, İsveç, Almaniya, Slovakiya, Çexiya, Macarıstan və İtaliya Ukraynaya qoşun göndərməkdən imtina ediblər.

 

Teqlər