Mart 17, 2024 13:19 Asia/Baku
  • Avropa İsraillə münasibətləri nəzərdən keçirir - TƏHLİL

Qaniçən İsrail rejiminin fələstinlilərə qarşı cinayətlərinin və Qəzzədə soyqırımını davam etdirməsi ilə xunta rejiminin əsas himayədarları onun siyasətlərinə etiraz edənlərə qoşularaq İsraillə əlaqələrini nəzərdən keçirmək istəyirlər.

Avropa İttifaqının xarici işlər nazirləri İsrailin İttifaqla razılaşdırdığı insan haqları öhdəliklərini pozması məsələsini və bunun Təl-Əvivlə əlaqələrin gələcəyinə təsirini müzakirə edəcəklər.

Xatırladaq ki, bütün dünyada Fələstin ideallarına qlobal dəstək və İsrailin cinayətkar hərəkətlərini pisləmək artmaqdadır. Bir çox Avropa xalqları da İsraillə əlaqələrin kəsilməsini və ya təzyiqi artırmağı tələb edirlər.

Bunun nəticəsi olaraq İrlandiya və İspaniya Avropa Komissiyasının sədri Ursula fon der Leyenə göndərdikləri məktubda Qəzzədə vəziyyətin pisləşməsindən dərin narahatlıqlarını ifadə ediblər.

Bu məktubda deyilir: “İsrailin Rəfəhdəki hərbi əməliyyatlarının qaçılmaz təhlükəsi ilə bağlı humanitar fəlakət riskini nəzərə alaraq ciddi tədbirlər görülməlidir.  mümkün insan hüquqları pozuntuları ilə bağlı geniş narahatlıq doğurur”.

Təəssüflər olsun ki, Avropa dövlətləri Qəzzə müharibəsi başlayandan İsrailə maliyyə, siyasi və hərbi dəstək verib, hətta Avropa ölkələrində fələstinlilərin öldürülməsinə qarşı vətəndaşların nümayişlərini qadağan edib. Lakin bu gün İsrailin aqressiv siyasətinin davam etməsi ilə onlar ictimai rəyin təzyiqi altında mövqelərindən geri çəkilmək məcburiyyətində qalırlar.

Bir çox Avropa ölkəsi hesab edir ki, İsrail insan haqlarını pozub, fələstinlilərin soyqırımını həyata keçirib və bu baxımdan Avropanın İsraillə münasibətlərində dəyişiklik olmalıdır.

İrlandiyanın baş naziri Leo Varadkar Avropa İttifaqını Qəzzədə baş verən hadisələrlə bağlı güclü və vahid mövqe tuta bilməməkdə ittiham edib və blokun etibarını itirdiyini bildirib.

Bu kontekstdə yaxın vaxtlarda Avropa İttifaqı Nazirlər Şurasının iclasında İsraillə münasibətlər məsələsinin müzakirə olunacağı güman edilir, lakin hər hansı tərəfdaşlıq sazişinin dayandırılması üçün Avropa İttifaqına üzv olan 27 ölkənin hamısının qərarı lazımdır; Görünən odur ki, Avropa ölkələrindəki İsrail lobbiləri bu istiqamətdə qərarın qəbuluna imkan verməyəcək.

 

Teqlər