Rusiya Ukraynanı parçalamaqda israrlıdır
Lavrov: Krımın kimə məxsusluğu məsələsi bitdi
Mart 17, 2024 13:23 Asia/Baku
Rusiyanın XİN rəhbəri bildirib ki, Krım və Sevastopol Rusiyanın ayrılmaz hissəsidir, onlara sahiblik məsələsi həmişəlik bağlıdır.
Sergey Lavrov Krımın Rusiyaya ilhaqının 10-cu ildönümü ilə bağlı videomüraciətində deyib: “Son illər Ukraynadan miras qalmış bir çox problemlər aradan qaldırılıb, krımlıların həyatını, şərəf və ləyaqətini rusofob Kiyev rejiminin təcavüzlərindən qorumağı bacardıq”.
O qeyd edib ki, inkişaf üçün aydın perspektivlərə malik olan krımlılar gələcəyə inamla və nikbinliklə baxa bilərlər. Krımda millətindən və dil seçimindən asılı olmayaraq, istisnasız olaraq bütün vətəndaşların hüquqlarına ciddi riayət olunur.