Asiya ölkələri Novruzu Almaniyada qeyd edib
Berlindəki Xalqlar Muzeyində 10-a yaxın Asiya ölkəsinin nümayəndələri qədim Novruz bayaramını qeyd ediblər.
İran, Pakistan, Əfqanıstan, Azərbaycan Respublikası, Türkiyə, Tacikistan, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstandan olan nümayəndələr ötən gün yeni 1403-cü günəş ilinin başlamasına bir neçə gün qalmış yeddi sin və səməni, sümbül və lalə qoyulmuş süfrələrlə bəzənmiş Berlin Xalqlar Muzeyinin zalında keçirərək bir daha bu bayram münasibətilə dünyaya sülh və dostluq mesajı vermişlər
10- a yaxın Asiya ölkəsinin Almaniyadakı səfirləri və vətəndaşları ilə yanaşı, ənənəvi Novruz mərasiminə gəlmiş çoxlu sayda Almaniya vətəndaşının da iştirakı ilə təmtəraqla qeyd edilib.
İranın Almaniyadakı səfirliyi 10 ölkənin nümayəndələrinin iştirak etdiyi bayram şənliyinin ənənəvi musiqi ifası, əl işləri əsərləri, yerli geyimlərin nümayişi və Novruz süfrəsini bəzəyən yeddi sinin bəzədiyi süfrə mərasimə xüsusi gözəllik qatdığını bildirib.
İran İslam Respublikasının Almaniyadakı səfiri Mahmud Fərazende yeni şəmsi ilin gəlişi, qədim Novruz bayramı və eləcə də müqəddəs Ramazan ayı münasibətilə təbrik edərək bütün dünya və bəşəriyyət üçün daha gözəl günlərin gələcəyini arzu etdiyini bildirib.
Qeyd edək ki, Novruz bir çox ölkələrdə yeni günəş ilinin başlanması ilə qeyd olunan İran kökənli qədim bayramdır.