Paris Ukraynaya qoşun göndərməyə hazırlaşır
https://azeri.sahartv.ir/news/dünya-i409570-paris_ukraynaya_qoşun_göndərməyə_hazırlaşır
Fransa ordusu Ukrayna müharibəsində iştirak etməyə hazırlaşır.
(last modified 2024-03-21T07:15:55+00:00 )
Mart 21, 2024 11:15 Asia/Baku
  • Paris Ukraynaya qoşun göndərməyə hazırlaşır

Fransa ordusu Ukrayna müharibəsində iştirak etməyə hazırlaşır.

Rusiya Xarici Kəşfiyyatının rəisi Sergey Narışkin bu barədə Fransanın Ukraynaya 2 min fransız əsgərini göndərmək üzrə olduğunu bildirib. O deyib ki, Odessaya 2 min Ukrayna əsgərinin göndərilməsi planlaşdırılır və bunun üçün hazırlıqlara başlanılıb.

Narışkin gələcəkləri təqdirdə onların Rusiya Ordusu üçün ilk hədəfi olacaqları açıqlayıb.

Onun sözlərinə görə, Almaniya və Fransa sözün əsl mənasında III Dünya Müharibəsini başlamağa çalışırlar, ancaq NATO Ukraynaya müdaxilə etsə, böyük müharibə qaçılmaz olacaq.