Mart 21, 2024 14:46 Asia/Baku
  • Zaxarova: NATO Qafqazda ikinci cəbhə açamq istəyir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib ki, NATO və dəstəkçisi Avropa İttifaqı Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyirlər.

Moskvada keçirdiyi mətbuat brifinqində Mariya Zaxarova bildirib ki, NATO-nun baş katibi Yens Stoltenberq-in regiona səfəri Cənubi Qafqaz respublikalarını Avroatlantik təsir zonasına çəkmək cəhdinin növbəti göstəricisidir.

Onun sözlərinə görə, belə cəhdlər Şimali Atlantika Alyansı və ayrı-ayrı üzv ölkələr tərəfindən uzun müddətdir və sistemli şəkildə edilir.