Mart 23, 2024 14:18 Asia/Baku
  • Makron: Rusiyanın istənilən hücumuna hazırıq

Fransa prezidenti bildirib ki, Qərb nə qədər lazımdırsa, Rusiyadan gələn hücum qarşısında Ukraynanı dəstəkləyəcək.

Emmanuel Makron deyib: “Biz artıq Ukraynanı sadəcə olaraq dəstəkləyəcəyimizi demirik, rəsmi şəkildə deyirik ki, lazım olduğu qədər intensiv şəkildə dəstəkləyəcəyik. O deməkdir ki, biz Rusiyanın həyata keçirəcəyi istənilən hücuma cavab verməyə hazırıq”.

Onun sözlərinə görə, Qərbdə çoxları Rusiyanın Ukraynada dayanmayacağına inanır: “Kim fikirləşirsə ki, Rusiya Donbas və Krımda dayanacaq, səhv edir. Hər kəs də bu fikri bölüşür. Ona görə də mən hər kəsi yaxşı düşünməyə çağırıram”, - deyə Makron vurğulayıb.

Bu arada Rusiyanın BMT TŞ-dəki daimi nümayəndəsi Vasili Nebenzya Makrona xəbərdarlıq edərək deyib: “Paris yadda saxlamalıdır ki, Ukraynaya göndərilən hərbi qüvvələr Moskva üçün prioritet hədəf olacaq.

Rusiyalı diplomat qeyd edib ki, “Qərb artıq Ukraynanı uçurumun astanasına gətirib və Rusiyanı strateji məğlubiyyətə uğrada bilmədiyi üçün təlaşa düşməyə başlayıb”.