Dünyanın müxtəlif ölkələrində Fələstin tərəfdarları aksiya keçiriblər
İordaniya, Danimarka və Məğribdə növbəti dəfə Fələstin xalqına dəstək olmaq və Qəzzə zolağında soyqırım törədən sionist rejimin cinayətlərinə etiraz etmək üçün aksiya keçirilib.
Fələstinin məzlum xalqına dəstək olmaq və sionist rejimin Qəzzə zolağında törətdiyi cinayətlərə etiraz etmək üçün minlərlə iordaniyalı artıq 9-cu gecə olaraq, İordaniyanın Əmman şəhərində İsrail rejimi səfirliyi yaxınlığında toplaşıblar və sionist rejimə qarşı şüarlar səsləndirərək, bu saxta rejimlə bütün münasibətlərin kəsilməsinə və Qəzzə zolağına təcavüzün dayandırılmasına çağırıblar.
Nümayişçilər Fələstin, Livan, İraq və Yəməndəki müqavimət qruplarına dəstək ifadə ediblər və müqavimətin qatil sionist rejimlə qarşılaşmaq və Fələstini azad etmək üçün ən yaxşı variant olduğunu vurğulayıblar.
Fələstin tərəfdarları Danimarkanın paytaxtı Kopenhagen şəhərində də nümayişlər keçirərək, işğalçı İsrail rejiminin Qəzzə zolağında apardığı müharibəni dərhal dayandırmağa çağırıblar.
Məğribin Təncə şəhərinin əhalisi də nümayiş keçirərək, sionist rejimin Qəzzə zolağında davam edən təcavüzünü pisləyib, Fələstin xalqı ilə həmrəylik ifadə ediblər.