Apr 03, 2024 18:40 Asia/Baku
  • Rusiya İrəvanı yalan məlumatlar yaymaqda ittiham edir

Zaxarova: Ermənistan hökuməti Qərbin təsiri altına düşüb

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Rusiya və KTMT-nin Ermənistana kömək etmədiyi barədə bəyanatların yalan olduğunu bildirib.

Rusiya XİN-nin sözçüsü bu barədə “Zvezda” telekanalının efirində deyib: “Regionda vəziyyətin kəskinləşməsi zamanı Moskva və KTMT-nin Ermənistana kömək etmədiyi barədə bəyanatlar yalandır, İrəvan Qarabağla bağlı qərarları NATO-nun təsiri altında verib”.

Rusiya XİN-nin nümayəndəsi qeyd edib ki, belə bəyanatları rəsmi İrəvan Qərblə məsləhətləşmələrdən sonra verir.

Zaxarovanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında yeni gərginlik İrəvanın Aİ, ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməyə nə dərəcədə imkan verməsindən asılıdır.

 

Teqlər