Apr 20, 2024 13:31 Asia/Baku
  • “İranın İsrailə zərbəsi konsulluğa hücuma cavab idi”

Rusiyanın xarici işlər naziri İranın İsrailə qarşı raket və PUA zərbələrinə münasibət bildirib.

Sergey Lavrov deyib ki, bütün ekspertlər İranın zərbəsini aprelin əvvəlində konsulluğa edilmiş hücuma cavab kimi qiymətləndirir.

Lavrov qeyd edib ki, Qərb ölkələrinin İranın guya nüvə silahı əldə etmək istəyi barədə danışması dünya ictimaiyyətinin diqqətini Qəzzə zolağında baş verənlərdən yayındırmaq məqsədi güdür.

“Mənə elə gəlir ki,məqsəd dünya ictimaiyyətini humanitar fəlakətin yaşandığı və BMT İnsan Hüquqları Şurasının bir çox xüsusi məruzəçilərinin soyqırımdan danışdığı Qəzzə zolağında baş verənlərdən diqqəti yayındırmaqdır”, - deyə rusiyalı nazir vurğrlayıb.

Nazirin sözlərinə görə, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin tərəfləri arasında ən təsdiqlənmiş ölkədir.