Apr 21, 2024 13:12 Asia/Baku
  • ABŞ sionist rejimin cinayətlərini dəstəkləməkdə davam edir

Amerika sionist rejimin Qəzzədə törətdiyi cinayətləri himayə etməkdə davam edir.

ABŞ konqresinin nümayəndələr palatası Vaşinqtonun Təl-Əvivin Qəzzədə törətdiyi cinayətləri himayə etməsinin davamında İsrail rejiminə iyirmi altı milyard dollarlıq hərbi kömək paketinin qəbul edilməsilə razılaşıb.

Sionist rejimin baş naziri Benyamin Netanyahu dünən axşam bununla bağlı iddia edibdir ki, milyardlarla dollar yeni hərbi kömək paketinin qəbul olunması, İsrailə güclü dəstəyin nişanəsidir.

Belə bir halda, Fələstin muxtariyyəti dünən gecə bir bəyanatda Birləşmiş Ştatların sionist rejimə olan hərbi paketinin qəbul edilməsinə reaksiya verib və bildiribdir ki: Amerikanın təhlükəsizlik himayəsi, bölgədəki müharibə dairəsini genişləndirməsi üçün İsrail rejiminə göstərilən yaşıl işıqdır və bu, təhlükəli gərginliyin kəskinləşməsinə bais olacaq.

Amerika hökuməti sionist rejimin Qəzzəyə qarşı müharibəsinin başlanması ilə, bu rejimə müxtəlif silah, sursat və bombaların göndərilməsini gücləndirib və hətta Amerika prezidenti Co Bayden müharibənin ilk günlərində  sionist rejimin Qəzzədə törətdiyi cinayətləri himayə istiqamətində işğal olunmuş ərazilərə səfər edib, Təl-Əviv başçıları ilə görüş keçirdi.