Apr 21, 2024 14:26 Asia/Baku
  • Konqresin qərarına Rusiyadan sərt reaksiya

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 61 milyard, İsrail rejiminə 26 milyard, Tayvana isə 8 milyard dollar yardım ayrılması ilə razılaşıb. Bu qərara ilk reaksiya Rusiyadan gəlib.

Uzun müddətdir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında baxışdan keçirilən Ukrayna, İsrail rejimi və Tayvana yardıma dair qanun layihəsi səs çoxluğu (360 lehinə, 58 əleyhinə) ilə təsdiqlənib.Qanuna əsasən, Ukraynaya 61 milyard, İsrailə 26 milyard, Tayvana isə 8 milyard dollar yardım ayrılacaq.Ukraynaya yardım çərçivəsində Rusiyanın dondurulmuş aktivləri də bu ölkəyə ötürüləcək.ABŞ-ın Ukrayna, İsrail və Tayvana hərbi yardım ayırması qlobal böhranı dərinləşdirəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə bildirib ki,əlavə yardım qərarı ilə Vaşinqton son ukraynalıya qədər döyüşməyə məcbur edir ki, bu da Ukrayna iqtisadiyyatını dəfn edəcək və onu gələcəyindən məhrum edəcək:“Bayden özü də gizlətmir ki, ayrılan vəsait ilk növbədə Amerika şirkətlərinə yönələcək. Amma əsas başqadır: hətta Kiyevə çatan pul da geri qaytarılmalı olacaq.

Bu, heç bir xilas yolu olmayan bir borc əsarətidir. ABŞ öz qərarı ilə Ukraynanı sonuncu Ukraynaya qədər mübarizə aparmağa vadar edir, nəhayət, iqtisadiyyatı torpağa basdırır və onu gələcəyindən məhrum edir”, - Volodin Telegram kanalında yazıb.Bu arada Qəzzədə 35 minə yaxın günahsız insanı qirğın edən sionist rejimin baş naziri Benyamin Netanyahu ABŞ konqresmenlərinə İsrail rejiminə hərbi yardımı nəzərdə tutan qanun layihəsinin qəbuluna görə təşəkkür edib.