Apr 21, 2024 18:40 Asia/Baku
  • Bayden sionistlərə kömək paketini imzalayarsa, xəyanət etmiş olacaq

Bayden İsrail rejiminə kömək paketini imzalayacağı təqdirdə, xəyanət etmiş olacaq.

Amerika müsəlmanlar cəmiyyəti bildiribdir ki, ABŞ prezidenti soyqırımçı İsrail rejiminə yeni hərbi kömək paketini imzalayacağı təqdirdə, Amerika müsəlmanlar cəmiyyətinə əvvəlkindən daha çox xəyanət etmiş olacaq.

Müsəlmanlar və amerikalıların əlaqə şurasının dövlət əlaqə işləri üzrə direktoru Robert Mak Kav, bir bəyanatda bildiribdir ki, Amerika hökumətinin İsrail rejiminə kömək paketi Ağ Ev ilə/ Qəzzə zolağındakı soyqırım müxalifləri və Amerika müsəlmanlar cəmiyyəti arasındakı yerdə qalan əlaqələr üçün geridönməz bir nöqtə olacaq.

Amerika hökumətinin soyqırımçı İsrail rejiminə kömək paketi ABŞ konqresinin nümayəndələr palatasında təsdiq edildikdən sonra yekun təsdiq üçün gələn həftə senata göndəriləcək.

Amerikanın İsrail rejiminə dəstəyinin nəzərəçarpacaq dərəcədə artması fonunda qeyd edək ki, Vaşinqton sionist rejimin Qəzzə zolağındakı müharibəsinin başlandığı zamandan bu rejimə silah göndərir.