Apr 30, 2024 13:00 Asia/Baku
  • Rusiya iqtisadiyyatı daha da güclənir

Ukraya müharibəsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyalar istənilən nəticəni vermir.

Bu barədə Britaniya İcmalar Palatasında Seçki Komitəsinin sədri Harriet Bolduin bildirib.

Onun sözlərinə görə, sanksiyaların Rusiya iqtisadiyyatı üçün real problemlər yaratmadığına dair konsensus var və Beynəlxalq Valyuta Fondu bu il onun ən güclü iqtisadiyyatlardan birinə çevriləcəyini proqnozlaşdırır.

Komitə rəhbəri iddia edib ki, sanksiyalar nə qədər uzun müddət davam edərsə, onlardan yan keçməyin yolları çoxalacaqdır.

O qeyd edib ki, Rusiya neftinin qiymətinə tətbiq olunan sanksiya da effektli nəticə vermir.