Apr 30, 2024 13:01 Asia/Baku
  • Amerika universitetləri dirəniş göstərir- AKTUAL

ABŞ və dünyanın digər bölgələrində, xüsusən də Qərb ölkələrində müxtəlif universitetlərdə baş verən milli qiyam geniş miqyas alıb. İsrail rejiminin Qəzzədə törətdiyi cinayətlər diqqət mərkəzindədir.

Amerika alimləri və elitalarının müxtəlif universitetlərdə və dünyanın digər yerlərində etirazları genişlənir.

Aprelin 17-də Nyu Yorkdakı Kolumbiya Universitetində qiyam başlayıb və etirazçı tələbələr universitetin Qəzzə müharibəsində iştirak edən İsrail qurumları ilə əlaqələrini dayandırmağı tələb ediblər. Digər universitetlərdə də etirazçıların eyni tələbləri var.

Bu arada polisin ağır repressiyalarına baxmayaraq, Fələstin xalqına dəstək və Qəzzədə sionist soyqırımının davam etdirilməsi əleyhinə tələbələrin oturaq aksiyaları davam edir, artıq 40-a yaxın Amerika universitetində oturaq aksiya keçirilir və təhsil ocaqlarının ərazisində çadırlar qurulub.

Hazırda tələbə hərəkatının dalğaları artıq Fransa, Almaniya, Yunanıstan, Yaponiya, Avstraliya və digər ölkələrə yayılmaqdadır.

Ötən il oktyabrın 7-də “Əl-Əqsa Tufanı” adlandırılan əməliyyatdan və fələstinlilərə qarşı dəhşətli bəşəri fəlakətlərin yaşanmasına səbəb olan Qəzzə müharibəsinin başlamasından sonra bir çox Amerika universitetlərində Fələstin davasına dəstək artıb. Xunta İsrail rejiminin Qəzzədə törətdiyi cinayətlərə əsas dəstək verən bir ölkədə bu hadisənin baş verməsi çox əhəmiyyətli bir məsələdir.

Bundan əlavə, bu etirazların kökündə görünə bilən başqa bir perspektiv ondan ibarətdir ki, problem təkcə İsrail və Qəzzədə törədilən cinayətlərlə bitmir, etirazlar daha çox sionist rejimin cinayətləri, siyasətləri ilə mübarizəyə yönəlib.

Bu arada Kolumbiya Universiteti Fələstin tərəfdarı olan tələbələri ixrac etməklə hədələyib.

Verilən məlumatlara əsasən universitet məsulları ilə tələbələrin danışıqları nəticəsiz qalıb.