Apr 30, 2024 15:39 Asia/Baku
  • İsrailpərəst konqresmenlər BCM-ni hədələyiblər

ABŞ Konqresinin üzvləri BCM-ni İsrail rejiminin siyasi və hərbi nümayəndələrinə qarşı həbs qərarı ilə əlaqədar hədələyiblər.

Axios saytı xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən yüksək səviyyəli İsrail məmurlarının həbsinə dair orderlərin verilə biləcəyi konqresmenləri hiddətləndirib və onlar buna ABŞ-ın cavab tədbirləri ilə cavab verəcəyini bildiriblər.

Respublikaçılar Partiyasının bir üzvü Axios-a bildirib ki, hər hansı orderə cavab vermək üçün artıq qanun layihəsi hazırlanır.

Nümayəndələr Palatasının spikeri Mayk Conson bazar ertəsi verdiyi açıqlamada ehtimal olunan orderləri “rüsvayçı” və “qanunsuz” adlandırıb, Bayden administrasiyasını "dərhal və birmənalı olaraq bütün mövcud vasitələrdən istifadə etməyə çağırıb.

İsrail rejimi Beynəlxalq Cinayət Məhkəməsinin Qəzzədə beynəlxalq humanitar hüququn pozulması iddiası ilə hökumət rəsmilərinin həbsinə orderlər verməyə hazırlaşacağından narahatlığını dilə gətirib.