Rusiya Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünə təkidlə yanaşır
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Fələstinin təşkilata tamhüquqlu üzvlüyünü bir daha vurğulayıb.
Aprel ayının 18-də Rusiya və Çin də daxil olmaqla Təhlükəsizlik Şurasının 12 üzvü Fələstinin BMT-yə tam üzvlüyünü qəbul edən qətnamənin lehinə səs verərkən, Qəzzə faciəsinə birbaşa məsuliyyət daşıyan Birləşmiş Ştatları bu qətnaməyə veto qoyub.
Qeyd edək ki, Müstəqil Fələstin dövləti Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 ölkədən 140-ı tərəfindən tanınıb və onun 95 ölkədə səfirlikləri və daimi nümayəndəlikləri fəaliyyət göstərir. Fələstini tanıyan ölkələr içərisində Yamayka sonuncu ölkədir.
Məlumata görə ötən gün Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia bu təşkilatın Baş Assambleyasının iclasında bildirib ki, Fələstinin müstəqil ölkə kimi Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzvlüyü Qərbi Asiyada (Yaxın Şərq) münaqişənin sülh yolu ilə həlli üçün əsas şərtlərdən biri və ilk addımdır.
Fələstin münaqişəsinin hərbi yolla həllinin olmadığını bildirən Rusiyanın nümayəndəsi əlavə edib ki, diplomatik danışıqlar Qəzzədə qeyd-şərtsiz atəşkəsin bərpasına səbəb olmalıdır.