Konqresmenlər Co Baydenə İsrailə silah tədarükü ilə bağlı xəbərdarlıq edib
Amerika Konqresinin demokratlar partiyasının 57 üzvü prezident Co Baydenə Vaşinqtonun İsrailə silah tədarükü ilə bağlı xəbərdarlıq məktubu ilə müraciət edib.
Sionist rejim 209 gündür ki, Qəzzədə apardığı amasız müharibəni bütün regional və qlobal müxalifətlərə baxmayaraq, davam etdirir.
Bu mühribə maşınının fələstinlilərin evsiz-eşiksiz qaldığı və çadır şəhərciklərinin olduğu Rəfəhə hücum əməliyyatına hazırlaşdığı bir vaxtda Amerika durmadan xunta rejiminə silah tədarükünü edir.
Bununla belə, ABŞ Konqresinin üzvləri Co Baydenə ünvanladığı məktubda ondan sionistlərin Rəfəhə hücumunun qarşısını almaq üçün lazımi tədbirlər görməsini istəyib.
Məktubda bildirilir ki, İsrailin Rəfəhə kütləvi hücumunun qarşısını almaq üçün Təl-Əvivə hərbi silah göndərilməsi dərhal dayandırılmalıdır.