ABŞ-da minlərlə tələbə saxlanılıb
ABŞ-da Fələstinə dəstək aksiyaları zamanı universitet şəhərciklərində saxlanılanların sayı 2,2 min nəfərə çatıb. Bu barədə Associated Press(AP) məlumat yayıb.
Məlumata görə, polis Los-Ancelesdəki Kaliforniya universitetində qurulan çadır düşərgəsini zorla dağıdıb.
Qeyd olunur ki, həbslər polislərin xüsusi qəddarlığı ilə müşahidə olunur:
“Polis rezin güllələrdən istifadə edib, etirazçılar isə özlərini çətir və əldə hazırlanan qalxanlarla qorumağa çalışıblar”.
Qeyd edək ki, sionist İsrail rejiminin Qəzzədə 35 minə yaxın mülki fələstinliləri qırğın etməsi və ABŞ-ın bu cinayətlərə ortaqlığı amerikalı universitet tələbələrini son dərəcə qəzəbləndirib. Son günlər ABŞ-ın bir çox ştatlarında universitet tələbələri İsrail rejiminin fələsnililərə qarşı cinayətləri əleyhinə geniş aksiyalara təşəbbüs göstəriblər. Ancaq polis dinc etirazçılara qarşı vəhşilik nümayiş etdirərək qəddarlıqla aksiyaları yatırtmağa çalışır.