May 03, 2024 17:29 Asia/Baku
  • G7 Rusiyanın cavab tədbirlərindən qorxdu

G7 ölkələri etiraf edir ki, artıq Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi ideyasını nəzərdən keçirmir. Bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Qəzetin məlumatında qeyd olunur ki, AB ölkələrinin Rusiya aktivlərini müsadirə etmək istəməməsinin əsas səbəbi Moskvanın cavab tədbirlər görəcəyindən qorxmasıdır.

Son günlər "The Wall Street Journal" ABŞ Konqresinin Nümayəndələr Palatasında ABŞ banklarında saxlanılan Rusiya aktivlərinin müsadirə edilərək Ukraynaya köçürməsinə dair qanun layihəsinin qəbul edildiyindən xəbər vermişdi.

Məlumatda G7 ölkələrinin də dondurulmuş Rusiya aktivləri ilə bağlı nə edə biləcəklərini nəzərdən keçirdikləri deyilirdi.

Rusiyanın XİN sözçüsü Mariya Zaxarova bu məlumata sərt cavab vermişdi:

“RF aktivləri toxunulmaz qalmalıdır, əks halda Rusiyanın cavabı sərt olacaq”,-Zaxarova demişdi.

Rusiyanın yüksək rütbəli təhlükəsizlik rəsmisi Dmitri Medvedev isə bildirmişdi ki, Rusiya ABŞ-ın Qərbdə dondurulmuş valyuta ehtiyatlarının hər hansı müsadirəsinə cavab olaraq ABŞ vətəndaşlarının və sərmayəçilərinin Rusiyadakı aktivlərinə, o cümlədən əmlakına və puluna həbs qoya bilər.